“Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib.
NUHÇIXAN xəbər verir ki, qanun layihəsi parlamentin noyabrın 17-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Gələn il yaşayış minimumu ölkə üzrə 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün 274 manat məbləğində müəyyən edilməklə, illik artım tempi saxlanılıb.
İclasda, həmçinin “Azərbaycan Respublikasında 2027-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi də birinci oxunuşda təsdiqlənib. Sənəd layihəsinə əsasən, bu hədd 314 manat məbləğində müəyyən olunub.
