Azərbaycan Milli Antidopinq Agentliyinin səlahiyyətləri artırılacaq.
NUHÇIXAN xəbər verir ki, bununla bağlı “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Qanunun “Milli antidopinq qurumunun vəzifələri” adlı 7-ci maddəsinə dəyişiklik təklif edilib.
Nəzərdə tutulan dəyişikliyə görə, sənədə “İdmanda dopinqdən istifadənin qarşısının alınması, habelə qadağan olunmuş dopinq vasitələrinin qanunsuz dövriyyəsində iştirak edən şəxslər barədə məlumat almaq məqsədilə müvafiq icra hakimiyyəti orqanları ilə əməkdaşlıq etmək, o cümlədən məlumat mübadiləsini həyata keçirmək;” məzmunlu 7.0.12-1-ci maddə əlavə olunur.
Beləliklə, milli antidopinq qurumuna idmanda dopinqdən istifadənin qarşısının alınması, habelə qadağan olunan dopinq vasitələrinin qanunsuz dövriyyəsində iştirak edən şəxslər barədə məlumat almaq üçün müvafiq icra hakimiyyəti orqanları ilə əməkdaşlıq etmək, o cümlədən məlumat mübadiləsini həyata keçirmək səlahiyyəti verilir.