NİİM-dən sürücülərə xəbərdarlıq: Operativ nəqliyyat vasitələrinin arxasınca düşmək qəza riskini artırır

A- A A+

Paytaxt yollarında müşahidə edilən və təəssüf doğuran hallardan biri də bəzi sürücülərin operativ nəqliyyat vasitələrinin arxasınca ara məsafəsi gözləmədən hərəkət etməsi və həmin avtomobillərə yol verən sürücülərə qarşı məsuliyyətsiz davranış nümayiş etdirməsidir.

NUHÇIXAN xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) sürücülərə müraciətətində bildirilib. “Belə ki, qaydalara əməl edən əksər sürücülər operativ nəqliyyat vasitələrinə yol vermək üçün zolağı boşaldır, daha sonra isə öz zolaqlarına qayıtmaq istəyirlər. Lakin həmin avtomobillərin arxasınca hərəkət edən bəzi sürücülər yaranmış boşluqdan istifadə edərək digər nəqliyyat vasitələrinə yol vermir, onların zolağa qayıtmasına mane olurlar. Bu cür məsuliyyətsiz davranış təkcə sürücülər arasında narazılıq yaratmır, eyni zamanda, təhlükəli manevrlər, qəfil əyləcdən istifadə qəza riskini artırır, yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur”, - deyə müraciətdə qeyd olunur.

NİİM hər bir sürücünü yollarda qaydalarla yanaşı, qarşılıqlı hörmət prinsiplərinə əməl etməyi tövsiyə edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: