Avstraliyada aparılan araşdırma zərərli qidalar və şəkərli içkilərin uşaqlar və yeniyetmələr arasında zehni sağlamlığın, idrak qabiliyyətinin və akademik göstəricilərin zəifləməsi ilə əlaqəli olduğunu üzə çıxarıb.
NUHÇIXAN Sinxuaya istinadla xəbər verir ki, Flinders Universitetinin 17 elmi tədqiqatın sistematik təhlilinə əsaslanan araşdırması “Current Nutrition Reports” jurnalında dərc olunub. Tədqiqatda meyvə, tərəvəz, tam taxıl, dəniz məhsulları və paxlalılarla zəngin balanslaşdırılmış qidalanmanın uşaqların böyüməsi və inkişafı üçün əhəmiyyəti vurğulanıb.
Alimlər erkən yaşlardan sağlam qidalanma vərdişlərinin təşviq edilməsinə, zərərli qidaların məhdudlaşdırılmasına və sağlam ərzaqlara əlçatanlığın artırılmasına çağırıblar.
