NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Texniki Kollecində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi idarəsinin əməkdaşları tərəfindən “Diqqət piyada” adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə yolun hərəkət hissəsinin yalnız piyada keçidi vasitəsilə keçilməsi, piyadaların məsuliyyəti, sürücülərin vəzifələri və digər məsələlər barədə ətraflı söhbət açılıb. Naxçıvan televiziyasının hazırladığı “Diqqət piyada” videomaterialı nümayiş olunub və tələbələrin suallarına aydınlıq gətirilib.
Həmçinin startap layihələri ilə bağlı fikirlər də dinlənilib.
Xanım Rüstəmzadə