Culfada Respublika Günü qeyd olunub

A- A A+

NUHÇIXAN xəbər verir ki, “28 May Respublika Günü" münasibətilə Culfa Rayon Mədəniyyət Sarayında tədbir keçirilib. Culfa Rayon İcra Hakimiyyəti Başçısının müavini Kəmalə Səfərova Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından və o dövrdəki siyasi vəziyyət barədə məlumat verib.  Qeyd edib ki, Şərqdə ilk demokratik dövlət quruluşunu yaradan Azərbaycan Xalq Cümhuriyyətinin baniləri istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik və dövlətçilik ənənələrini bütün dünyaya nümayiş etdirdi. Bildirilib ki, 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti tariximizdə mühüm rol oynadı. 1990-cı illərdə yenidən ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti ilə Naxçıvanda rəsmi olaraq qəbul edilən üçrəngli bayraq bir daha əbədi olaraq müstəqil Azərbaycanın dövlət bayrağına çevrildi.

Tədbirin bədii hissəsində Rayon Mədəniyyət Sarayının "Çeşmə" ansamblının ifasında konsert olub,  xalq və bəstəkar mahnıları, rəqs və yallılar ifa edilib.

Oruc Məmmədyarov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: