"Azəriqaz"ın baş direktoru Naxçıvan Muxtar Respublikasına səfər edib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, oyabrın 20-də "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Naxçıvan Muxtar Respublikasına səfər edib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov və "Azəriqaz"ın baş direktoru Azər Məmmədov Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucalan abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini ehtiramla anıblar.