Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 520,6 milyon manat olub.
NUHÇIXAN xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 27 % çoxdur.
İndiyə qədər bölgədə 3 417 ədəd yeni nəsil NKA quraşdırılıb.
Xatırladaq ki, 10 ayda Azərbaycanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 26 milyard 142,5 milyon manat olub.
Bu, 1 il əvvələ nisbətən 14,9 % çoxdur.
İndiyə qədər Azərbaycan ərazisində 117 553 ədəd yeni nəsil NKA quraşdırılıb.
