Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssisləri tərəfindən Səbail rayonu, Badamdarda - 20-ci sahədə növbəti monitorinqlər aparılıb.
Monitorinqlər zamanı əvvəl qeydə alınmış nəticələrlə müqayisədə sürüşmə sahəsində çatların bir qədər də genişləndiyi və aktivliyin davam etdiyi müəyyən edilib.
Dövlət Xidmətindən NUHÇIXAN-a bildirilib ki, ərazidə vəziyyətin dinamikası izlənilir.
