Şimali Kiprdə gəmi qəzasına görə saxlanılan Azərbaycan vətəndaşlarına verilən ittiham dəyişdirilib

A- A A+

Şimali Kiprin Girne sahillərində gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində ittiham maddəsi dəyişdirilib.

NUHÇIXAN  Şimali Kipr mətbuatına istinadən xəbər verir ki, cinayət işinin əvvəlində təqsirləndirilən şəxslərə qarşı "ehtiyatsızlıq və diqqətsizlik nəticəsində ölümə səbəb olma" ittihamı irəli sürülsə də, bu gün ittiham "adam öldürmə" maddəsi ilə əvəzlənib.

Məhkəmənin qərarı ilə saxlanılan şəxslərin həbs müddəti daha 3 gün uzadılıb. Növbəti proses noyabrın 24-də baş tutacaq.

Xatırladaq ki, avqustun 30-da Şimali Kiprin Girne sahillərində gəminin qəzaya uğraması nəticəsində 26 nəfər ölüb, 239 nəfər xilas olunub. İtkin düşmüş daha bir sərnişinin isə axtarışı davam edir. Hadisə ilə bağlı üçü Azərbaycan vətəndaşı olmaqla, 9 nəfər saxlanılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: