Şərurda yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir olub

A- A A+

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Şərur rayon ərazisində ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyinin etibarlı təmin olunması və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, həmçinin biçin zamanı taxıl zəmilərində işləyəcək kənd təsərrüfatı texnikaları və aqreqatların hazırlığı ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr mövzusunda maarifləndirici tədbir keçirilib.

Şərur rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Rayon Polis Şöbəsinin və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri iştirak edib.   

Şərur rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin Dövlət Yanğın Nəzarəti Bölməsinin rəisi daxili xidmət kapitanı Şıxəli Əliyev iştirakçılara ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyi tədbirlərinin düzgün həyata keçirilməsinin vacibliyindən danışıb, ilkin yanğınsöndürmə vasitələri haqqında əyani olaraq məlumat verib.

Sonra muxtar respublikanın ərazilərində biçin dövrü ərzində taxıl zəmilərində işləyəcək kombaynların və digər kənd təsərrüfatı texnikalarının hazırlıq vəziyyətinə gətirilməsi ilə bağlı görülmüş tədbirlər haqqında məlumat verilib. Kombayn sürücüləri və torpaq mülkiyyətçiləri taxıl biçini dövrü üçün hazırlanan yanğın təhlükəsizliyi planı haqqında və vətəndaşlar tərəfindən ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyi qaydalarının pozulması və biçindən sonra sahələrin yandırılmasına görə tətbiq olunan inzibati məsuliyyət növləri və yanğın təhlükəsizliyi qaydalarına riayət olunması üçün qarşılıqlı əlaqədə görüləcək tədbirlərlə bağlı məlumatlandırılıblar.

Tədbirdə iştirakçıların suallarına  aydınlıq gətirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: