Noyabrın 22-si saat 10:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən NUHÇIXAN-a bildirilib ki, əvvəlcədən xəbər verildiyi kimi, 21-i axşam şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterli olub, Şahdağda isə arabir qar yağıb.
Düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 21, Zaqatalada 12, Kişçayda (Şəki) 10, Şəmkir, Tovuzda 9, Gədəbəydə 8, Balakən, Daşkəsəndə 6, Oğuzda 5, Gəncə və Ağstafada 4, Göygöldə 2, Qazax, Samux və Mingəçevirdə 1 millimetrdir.
Bəzi yerlərdə qərb küləyi əsib. Küləyin maksimal sürəti Mingəçevirdə 21, Şahdağda 20, Goranboyda 19, Kəlbəcər və Naftalanda 18, Gədəbəy və Yardımlıda 16 metr/saniyəyədək güclənib.
