Culfa rayonunda vətəndaş qəbulu keçiriləcək

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov noyabrın 28-də Bənəniyar kəndində Culfa rayonunun sakinlərini qəbul edəcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar noyabrın 23-dən 26-dək Səlahiyyətli Nümayəndəliyin ([email protected]) elektron poçt ünvanına rəsmi müraciət etməklə və ya (+994 36) 544 01 43 nömrəsinə zəng vurmaqla qeydiyyatdan keçə bilərlər.

Vətəndaşların qəbulu əvvəlcədən tərtib olunmuş qeydiyyat siyahısına əsasən həyata keçiriləcək.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: