Astarada 10 kiloqramdan artıq narkotik aşkarlanıb

A- A A+

Astarada polis sərhədçilərlə birlikdə narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat keçirib.

Bu barədə NUHÇIXAN-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbir zamanı A. Əhədov, E. Taleh və əvvəllər məhkum olunmuş E. Babazadə saxlanılıblar. Həmin şəxslərdən 10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: