Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi tələbələrlə görüşüb

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində “Azərbaycan Respublikasının xarici siyasət prioritetləri və beynəlxalq uğurları” mövzusunda konfrans keçirilib.

Universitetin rektoru Saleh Məhərrəmov Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 aylıq dövrdə diplomatiya sahəsində əldə etdiyi nailiyyətlərdən danışıb.

Sonra Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Vüsal Ələkbərli “Azərbaycan Respublikasının diplomatik xidmət orqanları 100 ildə” mövzusunda çıxış edib. Onu da bildirib ki, ötən dövr ərzində İdarə universitetin bu ixtisasda təhsil alan tələbələrin nəzəri biliklərinin və təcrübələrinin artırılmasını diqqət mərkəzində saxlayıb. Əməkdaşlar tərəfindən Konsulluq xidməti, Dünya siyasəti, Diplomatik protokol və yazışmalar, Qloballaşma və miqrasiya fənlərinin tədrisi təmin edilib. 7 həftəlik istehsalat təcrübəsinə göndərilən tələbələrin nəzəri bilikləri yoxlanılıb, təkmilləşdirilməyə ehtiyac duyulan mövzular müəyyənləşdirilib və təsdiqlənmiş Plan çərçivəsində onlara müfəssəl brifinqlər verilib. Həmçinin Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində fəaliyyət göstərmiş əməkdaşlarla tələbələrin görüşləri təşkil olunub, onlar şöbələrin iş prosesinə cəlb edilib. Xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, eləcə də digər xarici nümayəndələr muxtar respublikada səfərdə olduqları zaman onların universitetdə tələbələrlə görüşləri keçirilib.  Belə ki, 2015-2019-cu illərdə 48 diplomat və ya xarici nümayəndənin universitetdə görüş və mühazirələri təşkil olunub.

Universitetin Beynəlxalq münasibətlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Şamxal Məmmədov “Azərbaycan Respublikasının xarici siyasəti onun uğur və inkişaf yoludur”,  İdarənin Siyasi Məsələlər Şöbəsinin müdiri Nadir Cəfərov “Azərbaycanın xarici siyasəti və Naxçıvan”,  həmin şöbənin əməkdaşı Mina İmanova  isə “Xarici siyasətin iqtisadi və humanitar aspektləri” mövzularında çıxışlar ediblər.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: