NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində histoloji laboratoriyanın kompüterinə hamilə qadınlarda gələcək övladın bəzi genetik xəstəliklərlə doğulma ehtimalını müəyyən etmək üçün 2-li və 3-lü araşdırma testləri yüklənib və onun tətbiqinə başlanılıb. Mərkəzdə əvvəllər Daun, Trisomiya 18 və digər genetik xəstəliklər uşaq doğulandan sonra müəyyən edilirdi. Türkiyəli mütəxəssislər tərəfindən kompüterə yüklənmiş 2-li və 3-lü araşdırma testlərinin tətbiqi isə belə xəstəlikləri döldə müəyyən etməyə imkan verir.
Qeyd edək ki, əvvəllər Almaniyanın Siemens şirkətinə məxsus lisenziyalı “Prisca” proqramı ölkəmizdə yalnız bir səhiyyə müəssisəsində mövcud idi. Doğum Mərkəzinin də belə bir proqramla təmin olunması Naxçıvan səhiyyəsi üçün əlamətdar hadisədir.
Hüseyn Əsgərov