Noyabrın 22-də Kür çayının Qazax rayonunun Birinci Şıxlı kəndindən keçən hissəsində batığı ehtimal olunan 1963-cü il təvəllüdlü Yaqub Telman oğlu Məmmədovun və Qudyalçayın Quba rayonundan keçən hissəsində batdığı ehtimal olunan 1997-ci il təvəllüdlü Xəyal Hidayət oğlu Muradov axtarışları Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir.
Bu barədə NUHÇIXAN-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda vətədaşların axtarışları batdıqları ehtimal olunan istiqamətlərdə davam etdirilir.
Əlavə məlumat veriləcək.
