NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu tərəfindən Teodor Drayzerin “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan “Dahi” romanının müzakirəsi keçirilib. Müzakirə “Görüş yeri” kafesində baş tutub.
Gənclərlə birgə aparılan müzakirədə bildirilib ki, yazıçı bu romanı yazmaqla insan həyatının mənasını təhlil edib, yaşam uğrunda mübarizəsini göstərib. Müxtəlif təbiətli, fərqli dünyagörüşlü çoxsaylı obrazlar yaradan yazıçı bu əsərində sadə bir amerikalı rəssamın həyat tərzi, yaradıcılığı, uğuru, çətinliklərin öhdəsindən gələrək yüksəlib dahi rəssama çevrilməsini əks etdirib.
Müzakirə zamanı gəncləri maraqlandıran suallar cavablandırılıb.