Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, “Naxçıvan” Universitetində nazirliyin hamiliyinə verilmiş iqtisadiyyat ixtisasının tələbələri ilə görüş keçirilib.
Görüşdə slaydlar vasitəsilə innovativ layihələrin işlənib hazırlanması, əsaslandırılması və təqdim olunması istiqamətində məlumat verilib, hazırlanan layihələrin təhlil edilməsi barədə fikirlər tələbələrin diqqətinə çatdırılıb.
Qeyd edilib ki, tələbələr “Startap layihələrini" vergi.nakhchivan.az rəsmi internet səhifəsinə daxil olmaqla Vergilər Nazirliyinə göndərə bilərlər.