Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən bu ilin 10 ayı ərzində əlilliyi olan şəxslərə 693 min reabilitasiya vasitəsi verilib.
Bu barədə NUHÇIXAN-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, onlardan 4821 təkərli oturacaq, o cümlədən 138 mühərrikli təkərli oturacaq, 1683 aşağı və yuxarı ətraf protezi, 2549 eşitmə aparatı, 3143 əsa və qoltuqaltı-dirsəkaltı ağac olub.
Həmçinin əlilliyi olan şəxslərə 7719 cüt protez və ortopedik ayaqqabı, 257 korset və digər reabilitasiya vasitələri təqdim olunub.
Bu ilin yanvar-oktyabr aylarında ümumilikdə 12 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitələri ilə təmin edilib.
