NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin tələbələri “Gəmiqаyа Dаş Məhsullаrı Sənаyе Kоmplеksi” Məhdud Məsuliyyətli Cəmiyyətində istehsalat təcrübəsi keçiblər.
Kompleks və burada istehsal edilən məhsulların çeşidi haqqında tələbələrə ətraflı məlumat verilib. Bildirilib ki, Kəngərli rayonunun Qarabağlar və Çalxanqala kəndləri ərazilərindəki zəngin yataqlardan çıxarılan travertin və mərmər daşları emal üçün bu müəssisəyə gətirilir. Daş yataqlarından qoparılan sal daşlar müasir texnoloji avadanlıqlardan istifadə edilərək kəsilir və blok şəklində Naxçıvan şəhərində və Araz kəndində fəaliyyət göstərən istehsal müəssisələrinə göndərilir.
Sonra tələbələr istehsalat prosesi ilə tanış olublar.
Müəssisədə istehsal olan travertin daşlar binaların fasadının və həyətyanı sahələrin bəzədilməsində daha çox tətbiq edilir. Mozaik travertinlərdən isə müxtəlif naxışlı bəzək üzlükləri hazırlanır.
Tələbələr müəssisədə dekorasiya sexinin fəaliyyəti ilə də tanış olublar.
Sadiq Məmmədov