X sinif Azərbaycan tarixi və Ümumi tarix dərslikləri müzakirə edilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Naxçıvan” Universitetində ümumtəhsil məktəblərinin müəllimləri, “Sabahın müəllimi” layihəsinin iştirakçıları, Universitetin professor və müəllim heyətinin iştirakı ilə X sinif Azərbaycan tarixi və Ümumi tarix dərsliklərinin  müzakirəsi keçirilib.

Ümumtəhsil məktəblərinin qabaqcıl tarix müəllimləri, “Naxçıvan” Universitetinin Azərbaycan tarixi kafedrasının əməkdaşlarının qatıldığı  müzakirədə iştirakçılar qeyd edib ki, hər bir bölmədə verilən mövzular şagirdlərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin formalaşmasına, tarixi keçmişimizlə bağlı baş vermiş hadisə və faktlara düzgün münasibətin yaranmasına, onların dünyagörüşünün zənginləşdirilməsinə, Azərbaycanla yanaşı dünya tarixinin müəyyən dövrləri və dövlətləri haqqında ətraflı məlumat almalarına köməklik göstərir.

Bununla yanaşı, dərsliklərdə bir sıra çatışmazlıqların-xronoloji ardıcıllığın gözlənilməməsi, tarixi hadisələrin adının və vaxtının dəqiq verilməməsi və ya fərqli tarixlərlə verilməsi, bəzi mətnlərin ağır və yorucu olması, Azərbaycanın görkəmli hökmdarlarının və sərkərdələrinin fotolarının oxşar şəkildə verilməsi və sair anlaşılmazlıqların olduğunu qeyd ediblər.

Müzakirələrdən sonra yekun təkliflər hazırlanaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə təqdim olunub.

Seyfur Hacımuradov  

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: