Azərbaycan “Mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiya”ya qoşulur

A- A A+

Milli Məclis “Mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiya”ya qoşulmaq barədə qanun layihəsini təsdiqləyib.

NUHÇIXAN  xəbər verir ki, qanun layihəsi parlamentin noyabrın 24-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Bildirilib ki, "Mülki və ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında" Konvensiya 1970-ci il martın 18-də Haaqa şəhərində imzalanıb, 42 maddədən ibarətdir. Qeyd olunan münasibətlərlə bağlı sorğu məktublarının göndərilməsi və onların icrasının asanlaşdırılması, mülki və ya ticarət işləri üzrə əməkdaşlıq sahəsində razılığa gələn tərəflər arasında əməkdaşlığın tənzimlənməsi sahəsində mühüm beynəlxalq aktlardandır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: