Ordubad rayonunda seminar keçirilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Ordubad rayonunda Nazirliyin və Ordubad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Vətəndaşlıq vəziyyəti aktlarının izahı, məsuliyyət və vəzifələr” mövzusunda inzibati ərazi dairəsi üzrə nümayəndələrin iştirakı ilə seminar keçirilib. Seminarda  Nazirliyin Qeydiyyat və notariat şöbəsinin rəisi, ədliyyə müşaviri Səyyub Kərimov mövzu ilə bağlı ətraflı məlumat verib.

Bildirib ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınmasına görə dövlət rüsumu ödənilməli, ödəndikdən sonra qeydiyyat şöbəsinin rəisi və əməliyyatları aparan inzibati ərazi dairəsi üzrə nümayəndə müvafiq əməliyyatı rəsmiləşdirməli və qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı qeydiyyat məlumatlarının müvafiq elektron sistemə  ötürülməsinin operativliyini təmin etmək üçün doğum, nikah və ölüm haqqında məlumatlar vaxtında qeydiyyat şöbəsinə təqdim olunmalıdır.

Seminarda “Doğum, ölüm və nikahın qeydiyyatı qaydaları haqqında” və “İcra nümayəndəliyində qeydiyyat işinin təşkili” mövzusunda çıxışlar edilib, mövzu ətrafında tədbir iştirakçılarının sualları cavablandırılıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: