Azərbaycan müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

A- A A+

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı verib.

Müdafiə Nazirliyindən NUHÇIXAN-a bildiriliblər ki, başsağlığında deyilir: "Eskişehir şəhərində AS-532 tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində beş nəfər hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi.

Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: