Gəncədə külək fəsadlar törədib - FOTOLAR

A- A A+

Gəncədə əsən güclü külək nəticəsində çinar ağacının iri budağı qırılaraq ətrafdakı tikililərin və avtomobillərin üzərinə düşüb.

NUHÇIXAN  xəbər verir ki, hadisə şəhərin İsmət Qayıbov küçəsində baş verib.

Nəticədə bir fərdi yaşayış evinə, mağazanın dam örtüyünə və iki avtomobilə ziyan dəyib. Mağazanın tavanında və nəqliyyat vasitələrində maddi zərər qeydə alınıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Hazırda aidiyyəti qurumların əməkdaşları ərazidədirlər. Aşmış ağac budağının ərazidən götürülməsi istiqamətində işlər görülür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: