NUHÇIXAN xəbər verir ki, hadisə gecə saatlarında Naxçıvan şəhərinin Əliqulu Qəmküsar küçəsində qeydə alınıb.
Belə ki, 1971-ci il təvəllüdlü Kərimov Məmməd Nurəli oğlu küçədə qəfil həyatını itirib. İlkin məlumata görə, I qrup əlilliyi olan 55 yaşlı kişinin ürək tutması nəticəsində vəfat etdiyi ehtimal olunur.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Faktla bağlı Naxçıvan Şəhər Prokurorluğunda araşdırma aparılır.
