MDB-nin XVI “Kitab sənəti” Beynəlxalq müsabiqəsinin münsiflər heyətinin iclası keçiriləcək

A- A A+

MDB-nin “Dövri mətbuat, kitab nəşri, yayımı və poliqrafiya sahəsində əməkdaşlıq üzrə Dövlətlərarası Şura”sının 2018-ci ilin noyabrında Düşənbədə keçirilmiş 23-cü iclasında Əsasnaməyə uyğun olaraq 2019-cu ildə Azərbaycan Respublikasının Şuraya sədrliyi haqqında qərar qəbul edilib. Sədrlik çərçivəsində MDB-nin XVI “Kitab sənəti” Beynəlxalq müsabiqəsinin münsiflər heyətinin iclasının Bakıda keçirilməsi planlaşdırılıb.

Mədəniyyət Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, bu gün Bakıda Azərbaycan Milli Kitabxanasında keçiriləcək müsabiqədə Azərbaycanla yanaşı, Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarus, Tacikistan və Türkmənistanın nəşrləri müxtəlif nominasiyalar üzrə mükafatlar üçün yarışacaqdır.

Münsiflərin iclasında iştirak üçün Rusiya Federasiyasından, Qazaxıstan, Qırğızıstan, Belarus və Tacikistan respublikalarından nümayəndələr Bakıya gəlib.

Ənənəvi müsabiqənin münsiflər heyətinin iclasında qaliblər müəyyən olunur və sentyabr ayında Moskvada keçirilən beynəlxalq kitab sərgi-yarmarkası çərçivəsində təntənəli şəkildə elan edilərək mükafatlandırılır.

Ölkəmiz hər il “Kitab sənəti” Beynəlxalq müsabiqəsində uğurlu çıxış edir, müxtəlif dərəcəli diplomlar qazanır.

XVI müsabiqəyə Azərbaycandan 9 nominasiya üzrə 14 adda kitab təqdim olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: