Noyabrın 18-də Sumqayıt şəhəri, Sumqayıt Dənizkənarı Bulvarının ərazisində dənizdə batan 2006-cı il təvəllüdlü Nəsrəddin Sədrəddin oğlu Şahaliyevin meyiti tapılıb.
Bu barədə NUHÇIXAN-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, meyit FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən şəxsin batdığı yerdən 600 metr aralıda, nəzarətsiz ərazidə suda tapılıb və çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
