Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, 2019-cu ilin ötən dövrü ərzində fond tərəfindən 2105 nəfər yeni əmək fəaliyyətinə başlayan sığortaolunan asosial sığorta şəhadətnaməsi verilib. Bunlardan 664-ü dövlət müəssisə və təşkilatlarında çalışanlar, 708-i özəl müəssisədə çalışanlar, 727-si fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslər, 6-sı isə torpaq mülkiyyətçisidir. Nəticədə, fondun orqanlarında fərdi uçot sistemində qeydiyyata alınaraq sosial sığorta şəhadətnaməsi ilə təmin edilmiş sığortaolunanların sayı 174414 nəfərə çatıb.
Muxtar respublikada bütün işləyən vətəndaşların fərdi uçotunun aparılması və sığortaolunanlara dövlət sosial sığorta şəhadətnaməsinin verilməsi bundan sonra da daim diqqət mərkəzində saxlanılacaq.