Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Nazirlikdə görüş olub. Görüşdə mütəxəssislər Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti və Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri iştirak ediblər.
Universitetlərin hamiliyə verilmiş ixtisasların tələbələri ilə “İdeyadan başlanğıca” devizi altında keçirilən sayca 2-ci görüşdə irəli sürülən ideyalarla bağlı geniş müzakirələr aparılıb və növbəti görüş üçün müvafiq tövsiyələr verilib.
Sonra slaydlar vasitəsi ilə layihələrin hazırlanma və dəyərləndirmə üsulları, muxtar respublikada həyata keçirilən uğurlu startap layihələri barədə məlumat verilib. Tələbələr innovativ layihələrin işlənib hazırlanması, əsaslandırılması və təqdim olunması istiqamətində məlumatlandırılıblar.
Tələbələrin ideya, layihə və ya təkliflərinə müvafiq dəstək göstərilməsi üçün Nazirliyin rəsmi internet saytında “Startap layihələrinin qəbulu üçünv müraciət” bölməsi yaradıldığı diqqətə çatdırılıb.