Polis ötən gün vətəndaşlardan qanunsuz saxlanılan 30 tüfəng və 3 avtomat aşkarlayıb

A- A A+

Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb.

Bu barədə NUHÇIXAN-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, noyabrın 25-də polis tərəfindən paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz odlu silah və sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər keçirilib.

Tədbirlər nəticəsində 3 avtomat silahı, 2 tapança, 30 tüfəng, 17 patron darağı və 580 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Qanunsuz saxlanılan odlu silah və sursatın aşkar olunması, eləcə də onların qanunsuz dövriyyədən çıxarılması istiqamətində tədbirlər davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: