Prokuror saxta pul dövriyyəsində təqsirləndirilən şəxsə 9 il həbs cəzası istəyib

A- A A+

Dövlət ittihamçısı saxta pulların dövriyyəsində təqsiləndirilən Tamerlan Hümbətovun 9 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.

NUHÇIXAN-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Daha sonra çıxışlar mərhələsi başlayıb və dövlət ittihamçısı da öz növbəsində çıxış edib. Təqsirləndirlən şəxsin vəkili çıxışa hazır olmadığını deyib.

Növbəti iclas dekabrın 3-nə təyin olunub.

İttihama görə, Tamerlan Hümbətov saxta pulları tədavülə yararlı pullarla dəyişdirmək üçün kassalara verib.

O, Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurduqda) və 204.1-ci maddəsi ilə (Satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma) maddəsi ilə ittiham olunub

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: