Naxçıvanda növbəti açıq ürək əməliyyatları aparılıb

A- A A+

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası Ürək damar cərrahiyyə şöbəsinin müdiri Mirəli Məcidov və ATU Tədris Cərrahiyyə klinikasının Ümumi Reanimasiya şöbəsinin şöbə müdiri Cavid Paşayev may ayında Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində ezamiyyətdə olublar. Yerli həkimlər tərəfindən müayinə olunaraq qeydiyyata götürülmüş və əməliyyatı planlaşdırılan 4 xəstə üzərində  aorta koronar şuntlama əməliyyatları aparılıb və  damar dəyişdirilib.

Əməliyyatdan sonrakı müalicə prosedurları həkimlərin nəzarəti altında təyinata uyğun davam etdirilir.

Qeyd edək ki, Naxçıvan Diaqnostika Müalicə Mərkəzi Kardiocərrahiyyə şöbəsinin müdiri İntiqam Fətullayev və  orta tibb heyəti  yüksəkixtisaslı həkimlərlə birgə əməliyyatlarda iştirak ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: