Məktəblilər stolüstü tennis birinciliyində güclərini sınayıblar - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə Naxçıvan şəhər tam orta məktəblərinin oğlan komandaları arasında stolüstü tennis birinciliyi keçirilib.
“Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında təşkil olunan yarışa Heydər Əliyev adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi ev sahibliyi edib.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 17 komanda üzrə (tərkibi 3 oğlan olmaqla) 51 şagird iştirak edib.
Birinciliyin yekununa əsasən 5 №-li tam orta məktəbin komandası I, 2№-li tam orta məktəbin komandası II , 10 №-li və 4 №-li tam orta məktəblərin komandaları isə III yerlərə layiq görülüblər. Sonda qalib komandalar təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılıblar.