Hindistan səfiri tələbələrlə görüşüb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Hindistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vanlalvavna Bavintlunq Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində olub.
Universitetin rektoru Saleh Məhərrəmov rəhbərlik etdiyi ali təhsil ocağının strukturu, fakültələri, tədris olunan ixtisaslar və beynəlxalq əlaqələri haqqında geniş məlumat verib. Universitetdə hal-hazırda 500-ə yaxın xarici tələbənin təhsil aldığı vurğulanıb. Qeyd edilib ki, Universitet müxtəlif ölkələrin ali təhsil ocaqları ilə tələbə və müəllim mübadiləsini həyata keçirir.
Sonra səfir Azərbaycan və Hindistan arasında rəsmi əlaqələrin yüksək səviyyədə olduğunu və münasibətlərin təhsil sahəsində də gücləndirilməsinin vacibliyini qeyd edib. Universitetdə hər bir fakültə üçün ayrıca tədris korpusunun olması Hindistanlı qonağın daha çox marağına səbəb olub. Görüşdə təhsil sahəsində ölkələrarası əlaqələrin inkişafı üçün gələcək perspektivlər müzakirə olunub.
Səadət Əliyeva