İşçiləri ilə əmək müqaviləsinə xitam verilmədən hüquqi şəxslərin ləğvi mümkün olmayacaq

A- A A+

Mülki məcəllədə, Vergi məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda təsdiqlənib.

NUHÇIXAN  xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin noyabrın 27-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsi hüquqi şəxsin ləğv zamanı müvafiq elektron informasiya sistemində işəgötürənlə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin tənzimlənməsi məqsədilə hazırlanıb.

Belə ki, hüquqi şəxs ləğv edildiyi üçün həmin hüquqi şəxsin adından elektron informasiya sistemində əməliyyatların aparılması mümkün olmur. Eyni hal fiziki şəxs olan işəgötürən vergi uçotundan çıxarıldığı hallarda da baş verir. Beləliklə, hüquqi şəxslərin (o cümlədən xarici dövlətin rezidentinin Azərbaycan Respublikasında fəaliyyət göstərən daimi nümayəndəlik yaratmayan bölməsi, idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxs) ləğvi və vergi uçotundan çıxarılması yalnız onların işçiləri ilə əmək müqaviləsinə xitam verildikdə mümkün hesab ediləcək. Həmçinin fiziki şəxs olan vergi ödəyicisinin vergi uçotundan çıxarılması da yalnız işçiləri ilə əmək müqaviləsinə xitam verildikdən sonra mümkün hesab olunacaq.

Qanun qüvvəyə minənədək qeyd olunan subyektlərlə (fiziki şəxs olan işəgötürənlər istisna olmaqla) işçi arasında elektron informasiya sistemində xitam verilməmiş əmək müqaviləsi işçinin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən baxılaraq qüvvədən düşmüş hesab ediləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: