Şirvan şəhərində polisin keçirdiyi tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə axtarışda olan İntiqam Rüstəmov saxlanılıb.
NUHÇIXAN xəbər verir ki, adıçəkilən şəxs bir müddət əvvəl tanışı Amil Şərifovla birlikdə iranlı narkotacirlə cinayət əlaqəsinə girərək, satış məqsədilə ondan 4 kiloqramdan artıq narkotik vasitə və narkotik tərkibli metadon həbləri əldə edib.
Narkotacirin Şirvan şəhəri ərazisində qabaqcadan gizlətdiyi narkotik vasitələri götürən zaman isə A.Şərifov polis tərəfindən saxlanılıb və məhkəmənin qərarı ilə 9 il müddətə azadlıqdan məhrum edilib. İ.Rüstəmov isə hadisə vaxtı ərazidən qaçıb və barəsində axtarış elan olunub. Daha sonra o, da saxlanılıb.
Faktla bağlı başlanılan cinayət işi üzrə istintaq hərəkətləri davam edir, İ.Rüstəmov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
