Növbəti köç karvanı Xocalıya çatıb - FOTOLAR

A- A A+

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, “Böyük Qayıdış” çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Noyabrın 27-də Xocalı və Ağdərə rayonlarına yola salınan növbəti köç karvanı ünvana çatıb.

NUHÇIXAN  müxbiri xəbər verir ki, bu mərhələdə Ağdərənin Vəngli kəndinə 10 ailə - 42 nəfər, Çıldıran kəndinə 15 ailə - 49 nəfər, Kolatağ kəndinə 2 ailə - 6 nəfər, Heyvalı kəndinə 1 ailə - 1 nəfər, Xocalının Badara kəndinə 4 ailə - 7 nəfər, Xanyurdu kəndinə 9 ailə - 32 nəfər, Xanabad kəndinə 8 ailə - 33 nəfər köçürülür.

Köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: