Rusiyadan Azərbaycana qanunsuz dərman gətirilməsinin qarşısı alınıb

A- A A+

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda dərman vasitəsinin gömrük nəzarətindən yayındırılması cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən (DGK) NUHÇIXAN-a bildirilib ki, Moskva-Bakı reysi ilə gələn Rusiya vətəndaşının baqaj və əl çantaları üzərində gömrük nəzarəti tətbiq edilib.

Stasionar rentgen qurğusunda keçirilən baxış zamanı şübhəli təsvirlər müşahidə edildiyindən vətəndaşa məxsus baqaj və əl çantaları gömrük yoxlamasına cəlb olunub. Yoxlama zamanı çantalardan gömrük orqanına bəyan edilməyən 5 adda 9900 həb və 250 iynədən ibarət dərman vasitələri aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: