Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb - FOTOLAR

A- A A+

Azərbaycanda vəhşi heyvanların tarixi areallarına qaytarılması və populyasiyalarının bərpası istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən növbəti reintroduksiya tədbiri həyata keçirilib.

NUHÇIXAN  xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Xaliq Mirzəyev bildirib.

O deyib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulmuş fauna növlərinin bərpası və reintroduksiyası tədbirləri çərçivəsində Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb.

Xaliq Mirzəyev diqqətə çatdırıb ki, bu günədək işğaldan azad edilmiş ərazilərə 50 baş ceyran buraxılıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: