Hansı ev bitkiləri havanı təmizləyir?

A- A A+

Gözəlliyi ilə insanı heyran edən ev bitkiləri, ev üçün  həm dekorativ bəzək, həm də  evin havasını təmizləyən önəmli bir atributdur.

Bu bitkilər, otağı çirkləndirən maddələrin konsentrasiyasını azaldır və  hətta  benzol, formaldeqid, toluol və ksilol kimi zərərli birləşmələrdən təmizləyə bilir. Ev bitkiləri həmçinin havada olan mikrobların sayını azaltma və rütubəti artırma gücünə malikdirlər.

NASA  tədqiqatçıları və digər təşkilatlar, evin hər 10 m sahəsinə minimal olaraq 1 ev bitkisi saxlamağı tövsiyə edirlər. Pəncərə altında saxlanılan bitkilər nəinki havanın təmizlənməsini təmin edəcək, həmçinin baş ağrıları və sinir pozğunluqlarını aradan qaldıracaqlar.

NUHÇIXAN tibbi saytlara istinadən havanın mikroblardan təmizlənməsini, rütubətin artmasını və insan energetikasına xoş təsir bağışlanmasını təmin edən 6 ev bitkisini təqdim edir:

Xlorofitum

Bu gözəl bitki, havanı zərərli qarışıqlardan təmizləyir və formaldeqidləri udur. Həmçinin xlorofitum bakteresit (mikrobları öldürən) effektinə malikdir. Mütəxəssislər müəyyən ediblər ki, bu bitki 24 saat ərzində havanı mikroorqanizmlərdən təmamilə təmizləyir. Dibçəyə aktivləşdirilmiş kömür əlavə etdikdə isə təmizləyici xüsussiyyəti daha da artır.

Aloe

Aloe, havanı formadegidlərdən təmizləyib, onda olan sadə mikrobların sayını azaldır. Gecə oksigen ifraz edib, karbon qazını udur. Aloe olan evdə insanlar az xəstələnir, xəstələndikdə isə tez sağalırlar.

Drasena

Bu bitki, sintetik örtük olan linoleum və DSP dən havaya ifraz olunan, benzol, amiak, formaldeqid, toluol, ksilol və digər zərərli birləşmələrin 70% - ni təmizləmə gücünə malikdir. O, zərərli birləşmələri emal edir və mikrobların yarısını məhv edir. Bağırsaq  xəstəliklərinin ağırlaşmasının qabağını alır, yaraların və ümumiyyətlə dəri xəstəliklərinin sağalmasına kömək edir. İnsan hiss etmədən, bu bitki sümük-əzələ sistemini bərkidir. Həmçinin dişlərə də xoş təsir edir.

Fikus

Bu gözəl bitki, 1 saat ərzində  10 mq formaldeqidi  udmaq gücünə malikdir. Bununla bərabər o, energetik balansa təsir göstərir, immun sisteminin terapevti rolunu oynayaraq insana özünün sakitliyi və stabilliyini ötürür.

Monstera

Monstera, havanın rütubətini artırır, harmoniya və sakitlik bəxş edib, nasazlıq zamanı yuxsuzluqdan qoruyur.

Spasifilium

Gözəl ağ gülləri olan bu bitki, havanı zərərli birləşmələrdən, formaldeqidlərdən, karbon qazından, trixlaretindən, benzol və ksiloldan təmizləyir. Mikroorqanizmlərin sayını azaldır və ən əsası isə kif göbələyi ilə aktiv mübarizə aparır.

Əziz xanımlar, sadalanan bu xeyirli bitkilər arasından  uyğun olanını seçməklə, evinizdə təmiz havanı təmin edib, xoş atmosfer yaradacaqsınız!

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: