Siyəzəndə iki uşaq su kanalına düşüb

A- A A+

Siyəzən şəhəri yaxınlığında iki azyaşlı Taxtakörpü-Ceyranbatan su kanalına düşüb.

NUHÇIXAN-ın məlumatına görə, hadisə uşaqlar kanalın kənarında oynayan zaman baş verib.

Onlardan Ömər Vüsal oğlu Zeynallı sudan çıxarılaraq xəstəxanaya yerləşdirilib. Hüseyn Ceyhun oğlu Allahverdiyevin isə axtarışları davam etdirilir.

Axtarış-xilasetmə tədbirlərinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb olunublar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: