Azərbaycanda internetin qiyməti daha da ucuzlaşacaq

A- A A+

Azərbaycanda internetin qiyməti daha da ucuzlaşacaq.

NUHÇIXAN xəbər verir ki, bu barədə "Ernst&Young” audit şirkətinin nümayəndəsi Arturas Pliponis deyib.

Onun sözlərinə görə, bu, "Eu4Digital" layihəsinin icrası ilə mümkün olacaq:

"Biz xüsusən də kənd yerlərində yüksəksürətli internetin əlçatanlığını təmin etməyi düşünürük. Bunun üçün isə rəqəmsal transformasiya önəmlidir. Bu transformasiya təkcə Azərbaycanda deyil, bütün region üçün əhəmiyyətlidir və biz bunun üçün çalışırıq".

O əlavə edib ki, “Eu4Digital” layihəsinə Dövlət Gömrük Komitəsi, Səhiyyə və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri daxil olmaqla demək olar ki, bütün dövlət qurumları qoşulacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: