Tələbələrlə növbəti görüş

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətinin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universiteti Memarlıq və mühəndislik fakültəsinin Elektroenergetika mühəndisliyi ixtisasında təhsil alan tələbələrlə görüş keçirilib. Görüşdə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev hamiliyə verilən ixtisaslarda təhsil alan tələbələrin Xidmətin tabeliyində olan ayrı-ayrı qurumlarında təcrübə keçmələrinə şərait yaradıldığını və onlara mühəndislər tərəfindən istehsalata dair ilkin biliklərin öyrədilməsini diqqətə çatdırıb.

Vurğulanıb ki, qarşıya yeni layihələrin (startapların) həyata keçirilməsi, hami təşkilatlar tərəfindən layihələri dəyərləndirəcək ekspert qrupların yaradılması, startapların qəbulu və təqdimatlarının keçirilməsi kimi mühüm vəzifələr qoyulub. Sərəncamın icrasını təmin etmək məqsədilə Xidmətdə ekspert qrupu yaradılıb. Xidmətin rəisi onu da diqqətə çatdırıb ki, əhaliyə göstərilən elektron xidmətlərin keyfiyyətinin artırılması məqsədilə ötən dövrdə Dövlət Energetika Xidmətinin rəsmi saytı yenilənib və saytda “Startap layihələri” bölümü açılıb.

Sonda tələbələrin sualları cavablandırılıb,  təklifləri dinlənilib.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: