Surqut aeroportuna Fərman Salmanovun adı verilib

A- A A+

Rusiya Prezidenti Vladimir Putin aeroportlara ölkənin görkəmli şəxsiyyətlərinin adlarının verilməsi barədə Fərman imzalayıb.

NUHÇIXAN xəbər verir ki, sənədə əsasən, Rusiyanın Surqut aeroportuna Sibir neft yataqlarını kəşf etmiş əfsanəvi geoloq, soydaşımız Fərman Salmanovun adı verilib.

Xatırladaq ki, “Rusiyanın dahi adları” müsabiqəsi ötən il keçirilib. Rusiyalılar 47 aeroporta dahi şəxsiyyətlərin adlarının verilməsi üçün səsvermədə iştirak ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: