AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda Naxçıvan Dövlət Universitetinin Ərəb-Azərbaycan və Fars-Azərbaycan “Tərcümə” ixtisaslarının tələbələri ilə “Əlyazmalara ilkin rəylərin yazılması” mövzusunda praktiki məşğələ aparılıb.
Tələbələrə Fondun fəaliyyət istiqaməti, burada mühafizə olunan qədim əlyazma və çap kitabları haqqında ətraflı məlumat verilib. Gələcəyin tərcüməçiləri əlyazma və çap kitablarının toplanma yolları, onlara ilkin elmi rəylərin yazılma qaydaları ilə əyani tanış olublar.