Tikintidə təhlükəsizliyin təmin edilməsi diqqət mərkəzində saxlanılır

A- A A+

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin təşkilatçılığı ilə Şəhərsalma və Tikinti Məcəlləsində tikintiyə icazənin verilməsi üzrə icraat, tikinti obyektləri arasında məsafələr və qonşuluq hüququ, həmçinin tikinti layihələrinin ekspertizadan keçirilməsi və mühəndis-axtarış işlərinin aparılması mövzusunda seminar keçirilib. Seminarda yerli icra hakimiyyəti orqanlarının baş memarları, şəhər, qəsəbə icra nümayəndələri və layihəçiləri iştirak edib. Seminarda  mütəxəssislər mövzu ilə bağlı ətraflı məlumat verib, bu tələblərə ciddi riayət edilməli, tikintinin təhlükəsizliyi diqqətdə saxlanmalıdır.

Sonra məruzə ətrafında çıxışlar olub, suallar cavablandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: