“Bu günün çay dəsgahı” tamaşası göstərilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Şahbuz Rayon Mədəniyyət Sarayında “Bu günün çay dəsgahı” iki şəkilli alleqorik komediyası nümayiş edilib. Naxçıvan Dövlət Uşaq Teatrının kollektivinin hazırladığı tamaşa  Cəlil Məmmədquluzadənin “Çay dəsgahı” pyesinin motivləri əsasında səhnələşdirilib.

Tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının əməkdar artisti Nurbəniz Niftəliyeva, musiqi tərtibatçısı Mirsaleh Seyidovdur. Tamaşadakı rolları Uğur Nəsirli, Nurlan Qafarov, Səkinə Məmmədova və başqaları oynayır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: