Kəngərlidə Estrada Orkestrinin konserti olub - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Kəngərli rayon Mədəniyyət Sarayında Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyi ilə bağlı konserti olub.
Konsertdə Azərbaycan Respublikasının Əməkdar artistləri Mübariz Əsgərov, Tural Nəcəfov və Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Azər Cəfərli, Flarmoniyanın solistləri Samir İsmayılov və Ruhiyyə Hüseynovanın ifasında Emin Sabitoğlu, Ramiz Mirişli, Oqtay Kazımi və başqa bəstəkarların mahnıları səsləndirilib.
Konsertdə estrada mahnıları ilə bərabər dünya musiqisinin böyük sənətkarlarının müxtəlif musiqi janrlarında yazdığı melodiyalar da təqdim edilib.